Villaş-Boaşın evinə hücum: Gözətçi döyüldü
23.11.2023 - 21:12
Portuqaliyalı mütəxəssis Andre Villaş-Boaşın evi ikinci dəfə hücuma məruz qalıb.
Apasport.az xəbər verir ki, hücumun “Porto”nun azarkeş qrupu tərəfindən həyata keçirildiyi iddia olunur.
“İnter, “Çelsi” “Tottenhem” və “Marsel” kimi klublara rəhbərlik etmiş 46 yaşlı tanınmış məşqçi hazırda bu komandanın prezidenti postuna namizəddir. Onun bu qərarından narazı olan “Porto”nun azarkeş qrupları etiraz əlaməti olaraq növbəti dəfə onun evinə ziyan vurub. Nəticədə Villaş-Boaşın mülkünə ciddi ziyan dəyib və gözətçi döyülüb. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb
- Hacı Əliyevə Azərbaycan Güləş Federasiyasında vəzifə verilib
- Azərbaycan çempionatında vahid lider müəyyənləşdi
- “Fənər” pley-offda: ÇL-də gecənin nəticələri - YENİLƏNİB
- Jalə Əliyeva Avropa çempionatını gümüş medalla başa vurdu
- DÇ-2026: Türkiyə Gürcüstanı məğlub etdi, İspaniyadan inamlı qələbə - YENİLƏNİB
0
0