
"Real Madrid"in qapıçısı Andrey Lunin yay "transfer pəncərəsi"ndə klubunu tərk edə bilər.
Apasport.az "Relova"ya istinadla xəbər verir ki, ukraynalı futbolçu "Los Blankos"a qayıdan belçikalı Tibo Kurtuanın kölgəsində qalmaq istəmir.
"Atletiko Madrid" Andreyin xidmətində maraqlıdır. İspaniya klubu ukraynalı futbolçunu Yan Oblakın əvəzləyicisi kimi nəzərdən keçirir. Sloveniyalı qolkiper yayda başqa komandaya keçə bilər.
Lunin 2018-ci ilin yayından "Real Madrid"də çıxış edir. Qapıçının müqaviləsi 2025-ci ilin ortalarına qədərdir və transfer qiyməti 16 milyon avro olaraq qiymətləndirilir.
- "Qalatasaray"dan növbəti transfer bombası: Fransa klubuna rəsmi təklif göndərdilər
- Millimiz Kosovo və İrlandiya ilə oyunların hazırlıqlarına start verib
- Tahir Gözəl: “Qurbanov layiq olduğu mükafatı qazandı”
- ABL: IX turdan təxirə salınmış matç keçiriləcək
- “Lex”in baş məşqçisi: "Bakıya qələbə qazanmaq üçün gəlmişik"