“Roma” rəhbərliyi komandanın baş məşqçisi Joze Mourinyodan razıdır.
Apasport.az xəbər verir ki, klub 60 yaşlı mütəxəssisin müqaviləsinin müddətini artırmağa hazırlaşır.
Mourinyo 2021-ci ilin yayından “Roma”ya rəhbərlik edir. Onun hazırkı müqaviləsi mövsümün sonunda başa çatacaq. “Canavarlar” razılaşmanı ən az 1 il daha uzatmağı planlaşdırırlar.
Qeyd edək ki, Jozenin rəhbərliyi ilə paytaxt klubu 2021/2022 mövsümündə Konfrans Liqasının qalibi olub. Hazırda "Roma” İtaliya A seriyasında 19 turdan sonra 8-ci yerdədir. Komanda bu gün İtaliya kubokunun 1/4 finalında "Latsio" ilə qarşılaşacaq.
- Argentina yarımfinallarda uduzmur - Altı oyunun hamısında final
- “Sabah” beynəlxalq turnirin qalibi olub
- Hüseyn Məhəmmədov: "AFFA-nın “Qəbələ”ni Premyer Liqada saxlayacağını gözləmirdim" - MÜSAHİBƏ
- "Mançester Yunayted"də yeni təyinat
- Hayqıran 80 min "qurd", "Sən çağırsan gələrəm mən" - 30 milyonluq ORDU