"Bayer"in baş məşqçisi Xabi Alonsonun gələcək planları məlum olub.
Apasport.az xəbər verir ki, ispaniyalı mütəxəssis "Real Madrid"ə rəhbərlik etmək istəyir. O, 2025 və ya 2026-cı ildə Florentino Peresdən təklif gözləyir.
Alonso bütün diqqətini “kral klubu”nda işləməyə yönəltdiyi üçün “Bavariya” və “Liverpul”la danışıqlardan imtina edib.
Xatırladaq ki, Xabi daha əvvəl növbəti mövsümü “Bayer”də keçirəcəyini açıqlamışdı.
Qeyd edək ki, ötən gün Alonsonun rəhbərliyi altında Leverkuzen təmsilçisi tarixində ilk dəfə Almaniya çempionu olub. Həmçinin komanda ölkə kubokunun və UEFA Avropa Liqasının qalibi olmağa iddialıdır.
- "Mayorka" üç qırmızı vərəqə ilə "Atletik"i məğlub edib
- Qreq Berxalter ABŞ millisindən qovuldu
- Baş məşqçi Ozobiçin durumundan danışdı: “Dizində əsnəmə oldu”
- Qurban Qurbanov - 51! “Nə olardı, iki il, üç il də yaşayardı, mən tam başqa cür olardım” - VİDEO
- AMADA 7 - 13 apreli “Ədalətli idman həftəsi” elan edib