Xavi "Barselona"da qalacaq - Rəsmi
25.04.2024 - 15:51

La Liqada çıxış edən "Barselona" klubunun baş məşqçisi Xavi Hernandez mövsümün sonunda komandadan ayrılmayacaq.
Apasport.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi "X" hesabında klub prezidenti Xuan Laporta açıqlama verib:
"Bu gün Xavinin yeni mövsümdə də "Barselona"nın baş məşqçisi kimi davam edəcəyini sizə bildirməkdən məmnunluq duyuram".
Qeyd edək ki, Xavi daha əvvəl mövsümün sonunda "Barselona"dan ayrılacağını açıqlamışdı.
- Sənan Süleymanov: “Gizlətmirəm, ilk qarşılaşmadan öncə çox həyəcanlı idim”
- ABŞ millisi ardıcıl üçüncü dəfə çempion oldu
- "Arsenal" Polşa millisinin futbolçusunu heyətinə qatdı
- Azərbaycan Yay Olimpiya Oyunlarınının medal siyahısında 15-cidir - Siyahı
- “Qarabağ” "Neftçi"ni öz meydanında darmadağın etdi - YENİLƏNİB
0
0