Yazıcı Rusiyaya qayıdır
26.12.2022 - 11:15
Türkiyəli futbolçu Yusuf Yazıcı qışda icarə əsasında çıxış etdiyi “Trabzonspor”dan ayrıla bilər.
Apasport.az saytı xəbər verir ki, 25 yaşlı hücumameyilli yarımmüdafiəçi karyerasını yenidən Rusiyada davam etdirməyə yaxındır.
2021/2022 mövsümündə Moskva MOİK-in formasını geyinmiş Yazıcı bu dəfə “Zenit”in hədəfinə düşüb. Onunla müqavilə imzalanacağı gözlənilir.
Qeyd edək ki, Fransanın “Lill” klubuna məxsus olan futbolçu Türkiyə klubunda 6 ayda Super Liqada 4 oyunda cəmi 170 dəqiqə meydanda olub.
- AFFA 2025-ci ildə ölkəmizi təmsil edəcək FIFA referilərinin siyahısını açıqlayıb
- "Bavariya" Musiala ilə bağlı qərar verib
- Hakimliyə yeni cəlb olunan şəxslər üçün növbəti seminar keçirilib
- Qurban Qurbanov: “Futbolçularımız üçün zənglər davam edir”
- Lukaku matçdan sonra stadionun şüşəsini sındırdı - VİDEO
0
0