“Yuventus” “Arsenal”dan futbolçu alır
18.11.2023 - 18:26
![“Yuventus” “Arsenal”dan futbolçu alır](https://apasport.az/storage/news/2023/november/18/big/6558ac57a05d56558ac57a05d617003101036558ac57a05d36558ac57a05d4.jpg)
“Yuventus” “Arsenal”ın yarımmüdafiəçisi Tomas Parti ilə danışıqlar aparır.
Apasport.az xəbər verir ki, “topçular”ın zədəli oyunçusu yanvarda “Yuventus”a gedə bilər.
Zədəyə meyili Tomasın klubda sonuncu matçı oktyabrın 8-də “Mançester Siti”yə qarşı olub.
Qeyd edək ki, 30 yaşlı yarımmüdafiəçinin “topçular”la müqaviləsi 2025-ci ildə başa çatır və daimi transfer təklifi gələrsə, klubu 30 milyon avro tələb edəcək.
0
0