"Yuventus" "Everton"un hücumçusunu aldı
07.03.2023 - 23:04
"Yuventus" "Everton"dan Mois Kini alıb.
Apasport.az xəbər verir ki, "Goal"un jurnalisti Romeo Aqrestinin sözlərinə görə, Turin klubu 23 yaşlı hücumçunun məcburi satınalma variantını artıq aktivləşdirib. Tam transfer “Yuve”yə 28 milyon avroya başa gəlib.
Qeyd edək ki, Fil Dişi Sahili əsilli hücumçu 2-ci mövsümdür ki, "Yuventus"da icarə əsasında çıxış edir. O, cari A seriyasında 23 matçda 5 qol vurub.
- Premyer Liqa: “Arsenal”dan əzmkar qalibiyyət
- Millimiz dünya çempionatını medalsız başa vurdu
- Azərbaycan antidopinq sahəsində gender bərabərliyi standartlarının müəyyənləşməsinə rəhbərlik edir
- Ən çox qazanan idmançıların YENİ SİYAHISI
- Qar voleybolu üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
0
0