"Yuventus" heyətini 19 yaşlı müdafiəçi ilə gücləndirdi
01.02.2024 - 17:34

"Yuventus" gənc müdafiəçini heyətinə qatıb.
Apasport.az xəbər verir ki, Turin klubu "Palmeyras"dan Pedro Felipeni icarəyə götürüb.
Razılaşmaya əsasən braziliyalı futbolçu iyun ayına qədər “qoca sinyora”nın uğurları üçün çalışacaq. Komandanın mətbuat xidmətinin yaydığı açıqlamada 19 yaşlı arxa xətt oyunçusunun əvəzedici komandada çıxış edəcəyi vurğulanıb.
Qeyd edək ki, “Yuventus”da məşqçilər futbolçunun oyunundan razı qalarsa, Felipe birdəfəlik komandaya transfer ediləcək.
- "Qalatasaray"a darmadağın olan klub prezidenti istefa verdi
- Azərbaycan çempionatında püşkatmanın vaxtı dəqiqləşdi
- Bakıda UEFA-nın C kateqoriyalı məşqçi kursunun I modulu başladı
- De Bleker səhvi etiraf etdi: "Belə hörmətsiz davranışı qəbul edə bilmərik"
- “Neftçi”nin baş məşqçisi ferma açmasının səbəbini açıqladı
0
0