"Yuventus" onu komandadan göndərir
01.04.2025 - 10:38
"Yuventus"un hücumçusu Arkadiuş Milik komandasını tərk edə bilər.
Apasport.az xəbər verir ki, 31 yaşlı polşalı futbolçu zədə səbəbindən bu mövsüm heç bir oyunda meydana çıxmayıb.
Forvardın Turin klubu ilə müqaviləsi 2026-cı ilin yayında başa çatacaq, lakin klub rəhbərliyi müqaviləni vaxtından əvvəl ləğv etməyi düşünür.
"Yuventus" Arkadiuş Miliki 2023-cü ildə Fransanın "Marsel" klubundan transfer edib. Ötən mövsüm polşalı bütün yarışlarda “qoca sinyora”nın heyətində 32 matçda 8 qol vurub.
- Azərbaycanın 3 parataekvondoçusu xüsusi dəvətlə Cənubi Koreyada beynəlxalq toplanışa qatılıb
- Qismət Alıyev: "Bunu Fernando Santuş daha yaxşı bilər"
- Vadim Abdullayev: “Oyunlar bu düşüncələri darmadağın etdi” - MÜSAHİBƏ
- “Sabah”dan ayrıldı, I Liqa klubuna transfer olundu
- Azərbaycan və Polşa arasında antidopinq sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
0
0