"Yuventus" yeni qapıçı ilə anlaşıb
26.04.2024 - 11:13
İtaliya A Seriyasında çıxış edən "Monza"nın qapıçısı Mişel di Qreqorio "Yuventus"la anlaşıb.
Apasport.az xəbər verir ki, 26 yaşlı futbolçuya "Milan" da maraq göstərirdi, amma "Yuventus" rəqibinə qarşı mübarizədə qalib gələ bilib.
“Qoca sinyora”nın rəhbərliyi qapıçı ilə prinsipial razılığa gəlib. Di Qreqorio Turin klubu ilə 2029-cu ilə qədər müqavilə imzalamağa hazırdır. İtalyanın maaşı illik 2 milyon avro və bonuslar olacaq.
Qeyd edək ki, Mişel “İnter”in məzunudur. O, 2022-ci ildən "Monza"nın şərəfini qoruyur. Cari mövsümdə futbolçu A Seriyasında 30 oyunda 30 qol buraxıb.
- Azərbaycanın U-15 millisinin seleksiya xarakterli təlim-məşq toplanışı olacaq
- Xorvatiya gözəli yenə açıq-saçıq geyimlə stadiona gəldi - FOTOLENT
- "Beşiktaş”da növbəti prezident seçkiləri başa çatıb - SERDAL ADALI QALİB GƏLDİ - YENİLƏNİB
- Millimiz Qazaxıstanla qarşılaşacaq
- "Barselona" qara forma geyinəcək - FOTO
0
0