"Yuventus" yeni qapıçı ilə müqavilə imzalayır
05.07.2024 - 10:34
İtaliya Seriya A təmsilçilərindən "Monza"nın qapıçısı Mişel di Qreqorio yaxın günlərdə "Yuventus"a keçəcək.
Apasport.az xəbər verir ki, hələ may ayında 26 yaşlı futbolçu ilə “qoca sinyora” arasında ilkin razılıq əldə edilib .
İnsayder Fabrizio Romanonun sözlərinə görə, Qreqorio bu gün Turin komandası ilə müqavilə imzalayacaq. Klub tezliklə italiyalının transferini rəsmən təsdiqləyəcək.
Xatırladaq ki, müqavilə “Yuventus”a 20 milyon avroya başa gələcək.
Ötən mövsüm qapıçı A Seriyasında "Monza" üçün 33 oyun keçirib, 35 qol buraxıb.
- Elmar Baxşıyev: "Rəhbərlik futbol oynamır, nəticə və komandaya cavabdeh şəxs mənəm"
- Çempionlar Liqası: 1/8 finala 6 iddiaçı
- "Çelsi"nin yeni baş məşqçisi bəlli olub - Rəsmi
- Avropa Oyunları gündəliyi: İDMANÇILARIMIZIN KRAKOV SINAĞI
- AGF xalq pəhləvanının adını daşıyan idman klubunu zəruri inventarla təmin edib
0
0