Torino şəhər prokurorluğu yerli futbol klubları və funksionerləri ilə bağlı yenidən cinayət işi açıb.
Apasport.az saytı xəbər verir ki, prokurorluq maliyyə fırıldaqlarında şübhəli bilinənləri növbəti dəfə nəzarətə götürüb.
Artıq bununla bağlı məlumatlandırılan İtaliya Futbol Federasiyası “Yuventus” da daxil olmaqla 9 klub və 52 futbol funksioneri barədə araşdırmaların başlandığını açıqlayıb.
Turin klubu da yenidən açılan cinayət işi ilə bağlı prokurorluqdan məktub aldıqlarını təsdiqləyib. Gələn ilin yanvarında başlayacaq məhkəmənin yekununda cəzaların veriləcəyi istisna olunmur.
Digər klublar isə “Empoli”, “Genoa”, “Novara”, “Parma”, “Peskara”, “Pisa”, “Provelselli” və “Sampdoriya”dı.
Qeyd edək ki, Torino prokurorluğu “Yuventus”un 2019-2021-ci illərə aid maliyyə hesabatlarını araşdıraraq, işə xitam vermişdi. Bu hadisədən sonra klub prezidenti Andrea Anyelli və İdarə Heyəti istefa ərizəsi ilə komandadan ayrılmışdı.
- “Komandanın oyununda sistem hiss olunurdu”
- Fabiyan Buntiç: “Bu komanda ilə hər şey uğrunda mübarizə aparmaq olar"
- Abbas Hüseynov: "İkinci mərhələdə "Hamrun"la düşməyimizi istəyərəm" - Müsahibə
- Rəşad Sadıqov: "Əlimizdə kifayət qədər yaxşı futbolçular var"
- Robertson “Atletiko”nun əsas transfer hədəfidir