“Yuventus”dan Artur qərarı
07.07.2023 - 12:53
“Yuventus” yarımmüdafiəçisi Arturla bağlı qərarını açıqlayıb.
Apasport.az saytı xəbər verir ki, 26 yaşlı braziliyalı komandanın yeni mövsüm üçün planlarında yer almayıb.
Futbolçunun "Vulverhempton"a icarəyə verilə biləcəyi bildirilir. Artur son mövsümdə icarə əsasında "Liverpul"un şərəfini qoruyub və mövsümündə 1 matçda meydana çıxıb.
Qeyd edək ki, 2020-ci ildə İspaniya “Barselona”sından transfer edilən orta xətt oyunçusunun italyanlarla müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.
- Nadir Nəbiyev: "Runi Eva ilə razılıq əldə edə bilməsək, digər futbolçulara baxacağıq" - MÜSAHİBƏ
- Qurban Qurbanov: "Molde" Nəriman üçün təklif göndərmişdi"
- Ramin Quliyev: "Aleksey İsayev üçün ödənən pul..."
- “Qarabağ” qalib gəldi, "Neftçi" bürüncü rəsmiləşdirdi - YENİLƏNİB
- “Mançester Yunayted”in yeni hədəfi
0
0