“Yuventus”un hücumçusu bu il meydana çıxa bilməyəcək
03.10.2024 - 10:34
“Yuventus”un hücumçusu Arkadiuş Milik 2024-cü ildə meydana çıxa bilməyəcək.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Dizindəki zədəyə görə Almaniyada keçirilən Avropa çempionatından kənarda qalan polşalı futbolçunun sağalma prosesi gecikir. Aparılan müayinələrdən sonra onun cari il futbol oynaya bilməyəcəyi dəqiqləşib.
Milik “Yuventus”un heyətində 75 rəsmi oyun keçirib, 17 qol vurub və 2 məhsuldar ötürmə verib.
- Skarlatake: “Təklifləri var, amma “Neftçi” ilə çempionluq uğrunda mübarizə aparmaq niyyətindədir” - MÜSAHİBƏ
- Gənclər və idman naziri və ABF prezidenti yığmanın məşqində - FOTOLENT
- Remi özünə klub tapa bilmədi - karyerasını bitirir
- Paris 2024: Türkiyə yığmasında xaos
- “Milan”dan 125 illiyə özəl retro formalar - FOTO
0
0