
"Yuventus"un yarımmüdafiəçisi Mohammed İhattaren Amsterdam polisi tərəfindən saxlanılıb.
Apasport.az saytı xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi “TikTok”da tanınmış simalardan olan keçmiş sevgilisi Yasminə təcavüzdə şübhəli bilinir.
Cütlük sosial şəbəkələrdə fotolar yerləşdirib, qız nişan üzüyünə bənzəyən üzüyü göstərib, lakin qısa müddət sonra gənclər ayrılıb.
Bazar ertəsi niderlandlı oyunçunun evində axtarış aparılıb. İhattarenin polis tərəfindən dindirildiyi və həbs edildiyi bildirilir.
Qeyd edək ki, bu gənc futbolçu ilə bağlı ilk belə hal deyil. İhattaren 2022-ci ilin noyabrında başqa bir qızı təhdid etdiyi üçün polis tərəfindən saxlanılmışdı.
- “Adana Demirspor”dan növbəti qələbə, “Başakşehir” xal itirdi
- Mahir Emreli: "Milli komanda ilə qazanılan uğurun əvəzini heç nə vermir"
- Semih Kılıçsoy Kimdir? “Beşiktaş”ın Gənc Ulduzu
- Navasın yeni ünvanı müəyyənləşib
- Aslan Kərimov: “Qarabağ” "Gent"lə oyunlara Musa ilə çıxıb, qalib də gələ bilər” - MÜSAHİBƏ