İspaniyanın “Leqanes” klubu heyətini yeni qapıçı ilə gücləndirib.
Apasport.az xəbər verir ki, Sequnda təmsilçisi Əlcəzair millisinin qapıçısı Luka Zidanı transfer edib.
28 yaşlı qolkiper yeni klubu ilə bir mövsümlük müqavilə imzalayıb. Sözləşmədə daha bir il uzadılma variantı nəzərdə tutulub. Zidan “Qranada”dan ayrıldıqdan sonra “Leqanes”ə keçib.
Luka Zidan Fransa millisinin sabiq futbolçusu və məşqçi Zinəddin Zidanın oğludur. Fransa yığmasının aşağı yaş qruplarında çıxış edən qapıçı 2025-ci ildən Əlcəzair millisini təmsil edir.
Qeyd edək ki, “Leqanes” ötən mövsüm İspaniya Sequndasında mübarizə aparıb.
- Rəşad Sadıqov: “Çətinlik yaşayacağımızı ehtimal edirdim” - VİDEO
- Azərbaycanın "Odlar yurdu" komandası şahmat üzrə dünya çempionatında mübarizə aparacaq
- “Mançester Siti”dən ardıcıl 4-cü məğlubiyyət
- Azərbaycanın 2 güləşçisi Dünya Kubokunda mübarizə aparacaq
- Yamalın təzminat dəyəri 1 milyard avro olacaq