Ziyeş “Al-Duhail”də - Rəsmi
30.01.2025 - 19:02
“Qalatasaray”ın futbolçusu Hakim Ziyeş karyerasını Qətərdə davam etdirəcək.
Apasport.az xəbər verir ki, “Al-Duhail” futbolçunu transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Mərakeş millisinin üzvü yeni komandasında “93” nömrəli formada çıxış edəcək.
Xatırladaq ki, futbolçunun dünən "Qalatasaray"la olan müqaviləsinə xitam verilmişdi.
Qeyd edək ki, Ziyeş bu mövsüm "cimbom"un heyətində 11 matçda meydana çıxıb və 1 qol ötürməsi verib.
- Azərbaycan və Albaniya arasında idman əlaqələrinin genişləndirilməsi müzakirə olunub
- Azərbaycan Atletika Federasiyasında yeni təyinatlar reallaşıb
- Liderdən qalibiyyət, “Nyukasl”dan gözlənilməz məğlubiyyət
- Sabiq “Mançester Yunayted”li Çempionşip klubunun hədəfində
- Bakı şəhər yay birinciliyi keçiriləcək
0
0