Sloveniyanın Novo Mesto şəhərində keçiriləcək U-18 Balkan çempionatında Azərbaycanın 10 atleti mübarizə aparacaq.
Apasport.az xəbər verir ki, turnirdə idmançılar müxtəlif növlərdə güclərini sınayacaqlar.
Məşqçilər Orxan Aslanov, Mixal Poqani və Anar Yusifovun rəhbərliyi altında çempionatda Safiya Kərimova (100 metr), Mədinə Hüseynzadə (400 metr), Gülçin Nağıyeva (800 metr), Zeynəb Əmrahova (lövhə atma), Ramil İsmayılov (üçtəkanla tullanma), Şamxal Həsənzadə (uzunluğa tullanma), Mehdi Abaszadə (400 metr), Bülbül Babayev (hündürlüyə tullanma), Daniil Şuvayev (100 metr) və Loğman İsrafilli (800 metr) yarışacaqlar.
Qeyd edək ki, Balkan çempionatı iyulun 4-də start götürəcək.
- "İmişli" Portuqaliyadan oyunçu gətirir: Qanalı yarımmüdafiəçi
- Millimizin baş məşqçisi: “Hakim iki dəfə yüz faizlik penaltimizi vermədi”
- Bədii gimnastika hakimlərimiz 1-ci kateqoriyaya layiq görülüblər
- Messi DÇ karyerasını başa vurdu – Tarixi rekordlarla vidalaşdı
- Milli komandalarımız Qazaxıstan yığması ilə üz-üzə