“Apasport”da 297 uduş: “Ödənişli”də mütləq rekord
01.09.2023 - 12:15
“Apasport”da 297 uduş: “Ödənişli”də mütləq rekord

Proqnozsevərlərə kupon təklifini uğurla davam etdirən “apasport” avqust ayında da betterləri sevindirib. Başa çatan ayın 31 günü ərzində 297 variant uduşla nəticələnib.

Bu kuponlar 807,66 əmsallıq qazanc gətirib. Orta hesabla hər gün 9,58 variant dəqiq olub. Gündəlik orta qazanc 26,05 əmsala bərabərdir.

Bununla da ardıcıl 5-ci ay uduşlu kupon sayı “250+” ilə ifadə olunub.

Bu uduşlardan 69-u mütəxəssis komandamızın hazırladığı “Ödənişli”lərin payına düşür. Bu da yeni rekorddur. Ötən ay 66 “Ödənişli” müştərilərə qazanc gətirmişdisə, bu dəfə bu rəqəm 69-a çatmaqla mütləq rekord rəsmiləşib.

Mütəxəssis komandamız kimi ekspertlərimizin də bu uğurlu göstəricilərdə payı böyükdür. Ramil Quliyevin 424 kuponundan 190-ı dəqiq olub. O, 422,06 əmsallıq qazanc gətirib. Mütəxəssisin uduş faizi 44,81, reytinqi 1,00-dır.

Sənan Ələkbərlinin 155 kuponunda 45 uduş yaşanıb. 219,76 əmsallıq qazanc gətirən mütəxəssisin uduş faizi 29,68, reytinqi 1,42-dir.

Ay ərzində 112 kupon hazırlayan Zaur Məmmədov 48 dəqiq təxminlə yadda qalıb. 106,98 əmsallıq qazanc gətirən mütəxəssisin uduş faizi 42,86, reytinqi 0,96-dır.

writer photo
Əlirza Əlirzalı
0