Kin klub axtarışında
08.11.2022 - 00:38
Kin klub axtarışında

“Everton”un futbolçusu Maykl Kin özünə yeni klub axtarır.

Apasport.az saytının məlumatına görə, müdafiəçi İngiltərə təmsilçisindəki durumundan narazıdır.

Oyun praktikasından əziyyət çəkən 29 yaşlı futbolçu qışda komandasını dəyişməyi planlaşdırır. O, yanvarda icarəyə verilməsini istəyir.

Kinin liverpullularla müqaviləsi 2025-ci ilin yayında başa çatacaq. Mövsümün startı ərəfəsində “Nottinhem Forest” onu icarəyə götürmək istəsə də, keçid reallaşmamışdı.

Qeyd edək ki, Kin cari mövsümdə cəmi 2 matçda şans qazanıb.
 

writer photo
Əlirza Əlirzalı
0