“Bavariya”nın qapıçısı qeyri-müəyyənlikdə
18.10.2022 - 17:52
“Bavariya”nın qapıçısı qeyri-müəyyənlikdə

“Bavariya”nın qapıçısı Manuel Noyerin “Hoffenhaym”la oyunda iştirakı sual altındadır.

Apasport.az saytının məlumatına görə, bunu Almaniya klubunun baş məşqçisi Yulian Naqelsmann açıqlayıb.

O bildirib ki, çiynindən zədələnən qolkiperin Bundesliqanın XI turunda oynamaq ehtimalı çox aşağıdır. Durumu qeyri-müəyyən olan Noyer bu üzdən X turun “Frayburq”la qarşılaşmasını da (0:5) buraxıb.

Qeyd edək ki, “Hoffenhaym” – “Bavariya” matçı oktyabrın 22-də keçiriləcək.
 

writer photo
Əlirza Əlirzalı
0