Belarus çempionatında qeyri-adi nəticə qeydə alınıb.
Apasport.az saytının məlumatına görə, ikinci liqanın Roqaçov “Dnepr”i ilə matçında “Bumprom” əsl qol “bum”u göstərib.
Qarşılaşma 29:0 hesabı ilə başa çatıb. Birinci hissədə 11, fasilədən sonra 19 qol vuran qaliblərin heyətində 11 fərqli futbolçu fərqlənib. Tribunalarda qol sayından da az – cəmi 20 tamaşaçı olub.
Birinci dövrədə də rəqibinə 0:20 hesabı ilə uduzan “Dnepr” cari mövsüm darmadağınları sıralayır. Komanda 0:14, 2:18, 0:19, 0:23 kimi rəngarəng nəticələrlə uduzub. 16 matçda 7 qol vuran Roqaçov təmsilçisi 182 top buraxıb. Xal üzünə həsrət komanda sonuncu pillədə qərarlaşıb.
Qeyd edək ki, “Bumprom” ikinci liqada öz zonasının lideridir.