“Apasport”dan REKORDLAR HƏFTƏSİ: 7 gündə 80 uduş
22.05.2023 - 12:34
“Apasport”dan REKORDLAR HƏFTƏSİ: 7 gündə 80 uduş

“Apasport” proqnozsevərlərə kupon təklifini ötən həftə də uğurla davam etdirib. Mayın 3-cü həftəsində keçirilən oyunlar üçün hazırlanan variantlardan 80-i uduşlu olub. 

Bu, 2023-cü ilin mütləq rekordudur. Bunadək ən çox uduşun qeydə alındığı həftədə - aprelin 10-16-da 71 variant dəqiq olmuşdu.

Mayın 15-21-dəki uduşların ümumi əmsalı 215,54-ə bərabər olub. Bu rəqəm də ilin yeni rekordudur. Əvvəlki rekord 181,28 idi. Bu da aprelin 10-16-na təsadüf edib.

Ən uğurlu gün mayın 20-dir. Həmin gün 16 kuponda 43,63 əmsallıq uduş yaşanıb. Kupon sayında yeni rekord qeydə alınıb. Martın 14-dəki 15 kuponluq uduş göstəricisi yenilənib.

Ümumiyyətlə həftənin 7 günündən 6-da “10+” yaşanıb. Bu seriya ikiqat rekorddur. Yəni həm həftə ərzindəki “10+”lər, həm də seriya kimi ən yüksək göstəricidir.

15 may: 7 qalib kupon, əmsallarının cəmi 15,58
16 may: 11 qalib kupon, əmsallarının cəmi 29,03
17 may: 11 qalib kupon, əmsallarının cəmi 32,69
18 may: 11 qalib kupon, əmsallarının cəmi 30,34
19 may: 12 qalib kupon, əmsallarının cəmi 32,89
20 may: 16 qalib kupon, əmsallarının cəmi 43,63
21 may: 12 qalib kupon, əmsallarının cəmi 31,38

Mütəxəssis komandamızın ekspertlərindən Ramil Quliyev həftə ərzində 78 kupon təqdim edib. Bunların 37-dəki təxminlər dəqiq olub. Onun uduş faizi 47,44-ə bərabərdir. Qalib kuponların ümumi əmsalı 89,17, uduş reytinqi 1,14-dür.

Müxtəlif idman növlərinə mərc edən Sənan Ələkbərli 37 kupon təklif edib. O, betterlərə 11 uduş gətirib. Bu, təkliflərin 29,73 faizidir. Qalib kuponların əmsalı 38,57, uduş reytinqi 1,04-dür.

Zaur Məmmədovun 44 kuponundan 20-si dəqiq olub. Mütəxəssisin uduş faizi 45,45-ə bərabərdir. Qalib variantların ümumi əmsalı 50,60, uduş reytinqi 1,15-dir.

writer photo
Əlirza Əlirzalı
0