“Fənərbaxça”nın istəyi
07.07.2023 - 18:03
“Fənərbaxça” heyətini yeni futbolçu ilə gücləndirir.
Apasport.az saytı xəbər verir ki, İstanbul təmsilçisi Moskva “Dinamo”sundan Sebastian Şimanskiyə elçi düşüb.
24 yaşlı hücumameyilli yarımmüdafiəçi son mövsümdə icarə əsasında Niderland “Feyenord”unun şərəfini qoruyub. Polşalı futbolçunun transferi üçün danışıqlara başlayan istanbullular qarşı tərəfə 10 milyon avro təklif edib. Keçidin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir.
Qeyd edək ki, son mövsümdə 40 matçda iştirak edən Şimanski 10 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0