“Zirə”də yeni müqavilə
22.06.2023 - 17:53
“Zirə”də yeni müqavilə

“Zirə” daha bir futbolçusu ilə müqaviləni uzadıb.

Apasport.az saytının məlumatına görə, Bakı klubu qapıçısı Anar Nəzirovla yeni anlaşma imzalayıb.

Digər qolkiperi Mehdi Cənnətovla yollarını ayıran qəsəbə təmsilçisi Anarı daha bir il heyətində saxlayıb. Onunla anlaşma növbəti mövsümü əhatə edir.

Qeyd edək ki, Anar Premyer Liqada “Zirə” forması ilə 100 oyun keçirib.

writer photo
Əlirza Əlirzalı
0