AVRO 2024-ün ən dəyərli komandası bəlli oldu - Siyahı
12.06.2024 - 16:48
AVRO 2024-ün ən dəyərli komandası bəlli oldu - Siyahı

Milli komandalar səviyyəsində Avropa futbolunun ən böyük turniri olan Avropa çempionatında mübarizə aparacaq ən dəyərli komandalar bəlli olub. 

Apasport.az xəbər verir ki, çempionatda çıxış edəcək komandaların təxmini bazar dəyəri 11 milyard 381 milyon avrodur.

Cəmi 3 milli komandanın bazar dəyəri 1 milyard avrodan yüksəkdir. 

Siyahıya 1,52 milyard avro ilə İngiltərə başçılıq edir. İkinci yeri Fransa tutur: 1,23 milyard avro. İlk üçlüyü Portuqaliya tamamlayır: 1,05 milyard avro. 

Avropa çempionatında iştirak edəcək ən dəyərli komandalar aşağıdakılardır: 

1. İngiltərə: 1,52 milyard avro

2. Fransa: 1,23 milyard avro

3. Portuqaliya: 1,05 milyard avro

4. İspaniya: 965,5 milyon avro

5. Almaniya: 851 milyon avro

6. Hollandiya: 765 milyon avro

7. İtaliya: 705,5 milyon avro

8. Belçika: 584,5 milyon avro

9. Danimarka: 415,5 milyon avro

10. Ukrayna: 379 milyon avro

Qeyd edək ki, 14 iyun-14 iyul tarixlərində Almaniyada keçiriləcək. 

writer photo
Əlirza Əlirzalı
0