Portuqaliya - Fransa görüşünün ən yaxşı futbolçusu bəlli olub
06.07.2024 - 09:27
Portuqaliya - Fransa görüşünün ən yaxşı futbolçusu bəlli olub

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Portuqaliya və Fransa yığmaları arasında 1/4 final oyununun (0:0) ən yaxşı futbolçusu bəlli olub.

Apasport.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, fransızların hücumçusu Usman Dembele görüşün ən yaxşı oyunçusu adına layiq görülüb.

27 yaşlı futbolçu 67-ci dəqiqədə matça əvəzetmədən daxil olub və sona qədər yüksək səviyyədə çıxış edib.

writer photo
Əlirza Əlirzalı
0