UEFA Merih Demiralın cəzasını açıqladı
05.07.2024 - 14:51
UEFA Merih Demiralın cəzasını açıqladı

AVRO-2024-ün 1/8 final mərhələsində Avstriya ilə matçda Türkiyə millisinin qollarını vuran Merih Demiral "bozqurd" işarəsi göstərərək sevincini qeyd edib.

Apasport.az xəbər verir ki, bu hərəkətə görə UEFA-nın araşdırma başlatdığı milli futbolçunun cəzası müəyyənləşib. Bu barədə Avropa futbol qurumu məlumat yayıb. 

Bildirilib ki, türkiyəli futbolçu ümumi davranış prinsiplərinə zidd hərəkət etdiyi, əsas nəzakət qaydalarını pozduğu üçün 2 oyunluq diskvalifikasiya edilib. 

Türkiyə Futbol Federasiyası Merih Demirala verdiyi 2 oyunluq cəzanı ləğv etmək üçün  İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcək. Qərar ləğv olunmasa, milli futbolçu Niderlandla 1/4 final matçında oynaya bilməyəcək.

Qeyd edək ki, Merih Demiral Almaniyada keçirilən AVRO-2024-də Avstriyaya 2:1 hesabı ilə qalib gəldikləri 1/8 final matçında “bozqurd” işarəsi göstərib. UEFA futbolçunun bu hərəkətinə görə araşdırmaya başlamışdı.

 

writer photo
Əlirza Əlirzalı
0