UEFA Merihin bozqurd işarəsi tutmasını niyə cəzalandırır? - Hüquqi şərh
05.07.2024 - 21:10
UEFA Merihin bozqurd işarəsi tutmasını niyə cəzalandırır? - Hüquqi şərh

Avropada solçu düşüncə hakim olandan öz dəyərlərindən və cizgisindən çıxıb, özünə düşmən gördüklərinə, yəni avtoritarlara oxşayırlar.

Sol düşüncədə hüquq olmur, hüquq onlar üçün sadəcə vasitədir. 

Bozqurd işarəsinə Avropa türk simgəsi kimi yanaşmır, onu ülkü ocaqları və bu kimi təşkilatların simvolu kimi səhv anlayırlar və bu işarəni də siyasi hərəkət kimi qeyd edirlər. 

Bu simgə isə min illərdir türklərlədir və həmişə də bizim olacaq. Bozqurd simvolunu heç bir siyasi partiya və təşkilat yaratmayıb. Türklər bozqurd işarəsi və simgəsi ilə heç bir zaman başqa xalqları və ya etnik qrupları hədəf göstərməyib. 

UEFA-nın qanunlarında diskriminasiya elementləri, siyasi, təhqiramiz və ya provokativ jestlər, bundan başqa idman əleyhinə davranışlar və idmanın nüfuzuna zərər verə biləcək hərəkətlər qadağandır.

İfadə azadlığı baxımından şəxslər özlərini ifadə etməkdə sərbəstdir. Bu jest də söz, fikir yox, məhz ifadədir. Yəni sadəcə jest rol oynayır.

AİHK tələbinə görə ictimai təhlükəsizlik və başqalarının hüquqlarını qorumaq üçün ifadə azadlığı məhdudlaşdırıla bilər.

Avropa Məhkəməsinin qərarlarında isə qeyd edilib ki, ifadə azadlığına hər hansı məhdudiyyətin “zəruriliyi” əsaslı qaydada müəyyən edilməlidir. İlk növbədə, məhkəmələr məhdudiyyətin tətbiqi üçün “ciddi ictimai tələbatın” mövcud olub-olmadığını müəyyən etməlidir. Bu halda onların müəyyən mülahizə hüdudları var.

Məhkəmələrin malik olduğu mülahizə hüdudları demokratik cəmiyyətin azad fikir və ifadə azadlığını təmin etmək marağı ilə müəyyən edilir. Eynilə Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən, məhdudiyyətin qanuni məqsədə mütənasib olub-olmamasının müəyyən edilməsində bu maraq daha ağır çəkiyə malikdir.

Avstriyada bozqurd simvolunun qadağan olması UEFA üçün şərt deyil, UEFA qərarı öz qaydalarına əsasən verir. Təbii ki, bu qərar məhkəməyə daşınacaq, amma türkəfobiya bitməyəcək.

 

ŞAMİL PAŞAYEV

writer photo
Əlirza Əlirzalı
0