“Qalatasaray” ona elçi düşdü
31.03.2023 - 12:46
“Qalatasaray” ona elçi düşdü

“Qalatasaray” heyətini yeni qapıçı ilə gücləndirə bilər.

Apasport.az saytı xəbər verir ki, İstanbul təmsilçisi Zaqreb “Dinamo”sunun “1 nömrə”si Dominik Livakoviçi transfer etməyə çalışır.

Xorvatiya milli komandasının da şərəfini qoruyan 28 yaşlı qolkiperin Türkiyəyə gəlməyə razı olduğu, keçidin alınması üçün klubuna müraciət etdiyi bildirilir.

“Sarı-qırmızılar”ın nümayəndələrinin xorvatlarla danışıqlara başladığı və ilk cəhdin müsbət alındığı da vurğulanır.

Qeyd edək ki, 2011-ci ildən “Qalatasaray”ın qapısını qoruyan Fernando Muslera son illər tez-tez zədə aldığı üçün komandasına kömək edə bilmir. 36 yaşlı uruqvaylı qapıçı davam edən mövsümdə 24 matçda iştirak edib.

writer photo
Əlirza Əlirzalı
0