Fransanın “Lans” klubunun müdafiəçisi Fakundo Medina futbolçuya yaraşmayan açıqlaması ilə diqqət mərkəzinə düşüb.
Apasport.az saytı xəbər verir ki, 23 yaşlı argentinalı həftə sonu PSJ ilə Liqa 1 matçında Kilian Mbappeni zədələməklə hədələyib.
Medina fransalı hücumçunu dayandırmaq üçün hətta ona xəsarət yetirməkdən çəkinməyəcəyini belə deyib: “Kiliana qarşı oynamaq müdafiəçi üçün çətin bir işdir. Ancaq onu dayandırmaq üçün zədələməkdən belə çəkinməyəcəm. Bu oyunun sonunda Mbappe meydanı təcili tibbi yardım maşını ilə tərk edə bilər”.
Qeyd edək ki, PSJ – “Lans” matçı aprelin 15-də keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.