"İndi futbolun vaxtı deyil".
Apasport.az xəbər verir ki, bunu Türkiyənin I divizion klubu "Yeni Malatyaspor"un prezidenti Ahmet Yaman deyib.
Türkiyənin 10 vilayətində baş verən zəlzələ fəlakətindən sonra Türkiyə Futbol Federasiyasının qərarı ilə futbol çempionatları 1 həftəlik təxirə salınıb. Baş verənlərdən sonra "Yeni Malatyaspor"un prezidenti klubun İdarə Heyəti ilə bir araya gələrək I diviziondan çəkilməyə qərar verəcəklərini açıqlayıb:
"Minlərlə insanımız xarabalıqdadır, ailələri kədərlənir, xəbər gözləyir, cənazələrini basdırır. Biz də futbol oynayacağıq. Bundan söhbət gedə bilməz. Hazırda dəqiq qərar verməmişik, amma futbol oynaya bilməyəcəyik. İdarə Heyətini toplayandan sonra çempionatdan çıxmaq barədə qərar qəbul edəcəyik".
Qeyd edək ki, baş məçqçisi Yılmaz Vural olan komandanın qapıçısı Ahmet Eyüp Türkaslanın dağıntılar içərisində qalaraq dünyasını dəyişdiyi dünən məlum olub.