Bu gün Azərbaycan yığması Qazaxıstanla qarşılaşacaq.
Apasport.az saytının məlumatına görə, Millətlər Liqasının son turunun görüşü rəqiblər arasında 12-ci duel olacaq.
İlk dəfə 1993-cü ildə üz-üzə gələn komandaların həmin matçında rəqib U-21-lə meydana çıxıb. Amma federasiyalar arasında razılıq sayəsində görüş hesaba alınır.
Komandamız indiyədək cəmi 2 dəfə qalib gəlib. Hesabında 4 heç-heçə olan millimiz 5 dəfə uduzub.
Top fərqində rəqibin xeyrinədir. Futbolçularımız 12 top vurub və 18-ni buraxıb.
Rəsmi xarakterli turnirlərdə 5 dəfə yolları kəsişən komandalar 4 seçmə oyunu və Millətlər Liqasının 1 görüşündə qarşılaşıb. 1 qələbə, 2 heç-heçəsi olan yığmamız 2 dəfə uduzub. Top fərqində də üstünlük rəqibdədir – 6-8.
Beynəlxalq turnir
8 iyun 1993. Tehran. BT. Azərbaycan – Qazaxıstan (U-21) – 3:3
Yoldaşlıq oyunu
28 aprel 2004. Almatı. YO. Qazaxıstan – Azərbaycan – 2:3
AVRO-2008-in seçmə mərhələsi
6 sentyabr 2006. Bakı. AÇ. Azərbaycan – Qazaxıstan – 1:1
6 iyun 2007. Almatı. AÇ. Qazaxıstan – Azərbaycan – 1:1
Beynəlxalq turnir
9 mart 2007. Çimkənd. BT. Qazaxıstan – Azərbaycan – 1:0
Yoldaşlıq oyunu
3 fevral 2008. Antalya. YO. Azərbaycan – Qazaxıstan – 0:0
AVRO-2012-nin seçmə mərhələsi
3 iyun 2011. Astana. AÇ. Qazaxıstan – Azərbaycan – 2:1
6 sentyabr 2011. Bakı. AÇ. Azərbaycan – Qazaxıstan – 3:2
Yoldaşlıq oyunları
26 mart 2016. Antalya (Türkiyə). YO. Azərbaycan – Qazaxıstan – 0:1
5 iyun 2018. Astana. YO. Qazaxıstan – Azərbaycan – 3:0
Millətlər Liqası
3 iyun 2022. Nur-Sultan. ML-C. Qazaxıstan – Azərbaycan – 2:0