İngiltərə Premyer Liqası "Everton"un hesabından silinən xallardan 4-nü qaytarıb.
Apasport.az xəbər verir ki, Liverpul təmsilçisinin apelyasiya şikayətinə baxıldıqdan sonra İcraiyyə Komitəsi belə qərar verib.
Müraciəti müsbət nəticələnən klub cəzanın bir qismindən azad olub.
Xatırladaq ki, 2023-cü ilin noyabrında Premyer Liqa maliyyə feyr-pleyi pozuntularına görə "Everton"un 10 xalını silmişdi.
10 xaldan 4-ü təmin olunan klub turnir cədvəlində 17-ci pillədən 15-ci yerə yüksəlib. Artıq "Everton"un hesabında 25 xal var.
Qeyd edək ki, Şon Dayşın yetirmələri növbəti turda "Vest Hem"i qəbul edəcək.