15, 15:00, 5
08.07.2022 - 17:48
15 , 15:00, 5

Azərbaycan Premyer Liqasında 2022/23 mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.

Apasport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, mərasim iyulun 15-də AFFA-nın inzibati binasında baş tutacaq. Tədbir saat 15:00-da başlanacaq.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının yeni mövsümü avqustun 5-də start götürəcək.
 

writer photo
Əlirza Əlirzalı
0