Millinin baş məşqçisinə DÇ-2026-ya qədər etimad
06.06.2023 - 16:20
Millinin baş məşqçisinə DÇ-2026-ya qədər etimad

Danimarka milli komandasının baş məşqçisi Kasper Yulmannın taleyinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, bunu Danimarka Futbol İttifaqı açıqlayıb.

Qurum mütəxəssislə müqaviləni uzadıb. 51 yaşlı çalışdırıcı ilə yeni anlaşma DÇ-2026-nın sonuna qədər postunda qalacaq.

Yulmann 2020-ci ilin avqustunda millidə işə başlayıb. Onun yetirmələri 2021-ci ildə baş tutan AVRO-2020-də yarımfinala qədər irəliləyib.

Qeyd edək ki, Danimarka yığması bu ay AVRO-2024-ün seçmə mərhələsində Şimali İrlandiya və Sloveniya ilə üz-üzə gələcək.
 

writer photo
Əlirza Əlirzalı
0