“Barselona” Rafinyanın mümkün transferi ilə bağlı klubu “Lids”lə yenidən danışıqlar aparmağa hazırlaşır.
Apasport.az saytının məlumatına görə, Kataloniya klubu braziliyalı forvardın keçidi üçün variantları nəzərdən keçirir.
İspaniya nəhəngi 25 yaşlı oyunçu üçün tələb olunan məbləği ödəmək gücündə deyil və Premyer Liqa klubundan güzəştə getməsini istəyir. Rafinyanın transfer qiyməti 45 milyon avroya bərabər göstərilsə də, ingilislər daha çox pul tələb edirlər.
Qeyd edək ki, Rafinya ötən mövsüm “Lids”in heyətində bütün turnirlərdə 36 oyuna çıxıb, 11 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.