20 noyabr tilsimi qırıldı
20.11.2022 - 18:56
20 noyabr tilsimi qırıldı

Azərbaycan millisi noyabrın 20-si ilə bağlı tilsimi qırıb.

Apasport.az saytının məlumatına görə, komandamız tarixində ilk dəfə bu gündə baş tutan oyunda qalib gəlib.

Bu, Şimali Makedoniya ilə Skopyedə keçirilən yoldaşlıq görüşünə təsadüf edib. Səfərdə rəqibini 3:1 hesabı ilə məğlub edən əsas milli 20 noyabr tarixində meydana çıxdığı 3-cü qarşılaşmasında ilk dəfə qalibiyyətini əldə edib.

Azərbaycan millisi bundan əvvəl noyabrın 20-dəki hər iki oyununda meydanı məğlub tərk edib. Yığma 2002-ci ildə AVRO-2004-ün seçmə mərhələsində Bakıda Uelsə (0:2), 2018-ci ildə isə Millətlər Liqasında Priştinada Kosovoya (0:4) yenilib.

writer photo
Əlirza Əlirzalı
0