4 futbolçu "Araz-Naxçıvan"la məşqi buraxıb
10.10.2024 - 15:56
4 futbolçu "Araz-Naxçıvan"la məşqi buraxıb

Azərbaycan millisinin rəsmi oyunlarına görə Misli Premyer Liqasında yaranmış fasilə ilə əlaqədar 3 gün istirahət edən "Araz-Naxçıvan"ın məşqləri bərpa olunub.

Apasport.az xəbər verir ki, fasilədən sonra ilk məşq yüngül təmrinləri yerinə yetirməklə keçib.

Vadim Abdullayev Azərbaycan, Kristian Avram isə Moldova millisinin düşərgəsində olduğuna görə, hazırlıq prosesinə qatılmayıblar.

\Onlardan başqa, zədəli Ramin Nəsirli və reabilitasiya prosesi keçən Karlos Jatoba komandaya qoşulmayıb.

writer photo
Əlirza Əlirzalı
0