8 karateçimiz Türkiyədə mübarizə aparacaq
11.03.2024 - 17:31
8 karateçimiz Türkiyədə mübarizə aparacaq

Martın 15-i və 17-si Türkiyənin Antalya şəhərində karate üzrə Premyer Liqa turniri keçiriləcək. 

Apasport.az xəbər verir ki, turnirdə Azərbaycanın 8 təmsilçisi mübarizə aparacaq.

Reytinq yarışında Roman Heydərov katada bacarığını göstərməyə çalışacaq.

Kumitedə Fərid Savadov, Əminağa Quliyev (hər ikisi 60 kq) Tural Ağalarzadə (67 kq),Turqut Həsənov (84 kq), həmçinin Renata Ərəbli (61 kq), Mədinə Sadıqova (55 kq) və Fidan Teymurova (50 kq) mübarizə aparacaq.

writer photo
Əlirza Əlirzalı
0