“Çox yaxşı komandaya qarşı çıxış etdik. Çətin oyun oldu”.
Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Abdullah Zubir deyib.
Ağdam təmsilçisinin yarımmüdafiəçisi Çempionlar Liqasının pley-off mərhələsinin “Viktoriya” ilə Bakıdakı ilk matçından sonra jurnalistlərə açıqlama verib: “Fiziki cəhətdən çətin və güclü qarşılaşma idi. Öz oyunumuzu göstərməyə çalışdıq. Amma bu, o qədər də asan deyildi. Səfərdə daha yaxşı nəticə əldə edəcəyimizə inanıram. Səfərə böyük həvəslə yollanacağıq və orada əlimizdən gələnin ən yaxşısını edərək qalib gəlməyə çalışacağıq. Baş məşqçimiz Qurban Qurbanov bizə 2016-cı ildəki oyunu göstərməyib. Pley-offdayıqsa, deməli, qrup mərhələsində çıxış etməyə layiqik. Rəqib də pley-offdadırsa, deməli güclüdür. Biz də əlimizdən gələni edəcəyik ki, səfərdə qalib gələk və Çempionlar Liqasının qrupuna düşək”.
Qeyd edək ki, Azərbaycan və Çexiya çempionlarının görüşü 0:0 hesabı ilə başa çatıb.