Adil Şükürovun köməkçiləri bəlli oldu
20.11.2023 - 22:27
Adil Şükürovun köməkçiləri bəlli oldu

"Kəpəz" futbol klubunun yeni baş məşqçisi Adil Şükürovun köməkçiləri bəlli olub. 

Apasport.az xəbər verir ki, bu barədə Gəncə klubundan məlumat verilib. Bildirilib ki, Şükürova 4 mütəxəssis kömək edəcək.

Məşqçilər korpusunda İlyas Qurbanov, Zaur Əsədov, Elşad Tahirov və İlkin Verdiyev yer alıblar. Tahirov qapıçılar üzrə məşqçi, İlkin Verdiyev isə analitik funksiyasını yerinə yetirəcək. Köməkçilərlə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Adil Şükürov "Kəpəz"in baş məşqçi postunda Azərbaycan Premyer Liqasının XII turunda "Qarabağ"a 1:7 hesablı məğlubiyyətdən sonra istefa verən Azər Məmmədovun yerinə təyin olunmuşdu.

writer photo
Əlirza Əlirzalı
0