AFFA-dan Boyan Letiçə cəza
03.10.2023 - 13:49
AFFA-dan Boyan Letiçə cəza

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, yığıncaqda Misli Premyer Liqasının VIII turunda baş verənlər müzakirə olunub.

“Səbail” – “Sabah” oyununda hər iki komandanın 4 futbolçusu sarı vərəqə aldığı üçün hərəsi 700 manat cərimə edilib.

“Sabah”ın futbolçusu Boyan Letiç matçın 90+4-cü dəqiqəsində hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb və 2-si şərti olmaqla 4 oyun cəzalanıb, klubu 3000 manat cərimələnib. Ona sınaq müddəti kimi 3 ay təyin edilib.

“Kəpəz” – “Qəbələ” görüşündə 5 futbolçusu sarı vərəqə alan qonaqlar 700 manat ziyana düşüb. Meydan sahiblərinin azarkeşləri tərəfindən rəqib komandanın texniki zonası istiqamətinə kənar əşya atıldığına görə “Kəpəz” 800 manat ödəyəcək. 

Bu qarşılaşma bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə Gəncə təmsilçisi daha 800 manat cərimələnib. “Araz-Naxçıvan”ın futbolçusu İqor Ribeyro “Zirə” ilə ev oyununda ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 matçlıq cəzalanıb, klubu isə 500 manat cərimələnib.

writer photo
Əlirza Əlirzalı
0