FIFA 2023-cü ildə qadınlar arasında keçiriləcək dünya çempionatının mükafat fondunu artıracaq.
Apasport.az saytının məlumatına görə, bunu ali futbol qurumunun baş katibi Fatma Samura açıqlayıb.
O bildirib ki, mükafatın məbləği iki dəfədən çox artırılaraq 98 milyon avroya çatdırılacaq: “FIFA hazırda bunu müzakirə edir. Düzdür, kişilər arasında dünya çempionatının pul mükafatından hələ çox uzağıq. Lakin nəzərə almalıyıq ki, kişilər arasında mundial təxminən 100 il əvvəl başlayıb. Qadınların çempionatı isə 1991-ci ildən keçirilir”.
Qeyd edək ki, qadınlar arasında dünya çempionatının mükafat fondu 2015-ci ildə 14,7 milyon, 2019-cu ildə isə 29,4 milyon avro artırılıb.