"Oyuna yaxşı başladıq. Bilirdik ki, “Turan Tovuz”un çox yaxşı məşqçisi var və meydanda nə etmək istədiklərini bilirlər. Ona görə bu komandanın hədiyyə olmadığını anlayırdıq. Onların öz oyun üslubu var. Təkbətək mübarizələrə çox girirlər. Bu mənada, Yuri Matias və Höccət Haqverdi çox yaxşı iş gördülər. Rəqib futbolçularla yaxşı mübarizə apardılar. Qolları vaxtında vurduq. Qırmızı vərəqədən sonra isə oyunu sona çatdırmaq asan idi. Futbolçulara bu istəyə və oyuna görə təşəkkür edirəm. Sevinirik, çünki azarkeşlər stadiona qayıdıb".
Apasport.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç Premyer Liqanın 32-ci turunun "Turan Tovuz"la matçından sonra keçirilmiş mətbuat konfransında deyib.
- Növbəti turda “Qarabağ”la qarşılaşacaqsız. Avrokuboklara vəsiqə uğrunda mübarizə üçün mütləq xal qazanmaq lazımdır. Bu matç haqda nə düşünürsüz?
- Statistikanın bizim xeyrimizə işlədiyini bilirsiz. Deyə bilmərəm ki, statistikada bu qədər qol buraxırıq. Amma həftə ərzində işləyəcəyik və çalışacağıq ki, uğur qazanaq.