AFFA De Byaziyə görə üzr istədi
20.11.2023 - 10:11
AFFA De Byaziyə görə üzr istədi

AFFA Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin jurnalistlər haqqında fikirlərinə münasibət bildirib.

Apasport.az xəbər verir ki, bu, AVRO-2024-ün seçmə mərhələsinin Belçika (0:5) ilə oyunundan sonra baş verib.

Assosiasiyanın baş katibi Sərxan Hacıyev italiyalı mütəxəssisin işlətdiyi ifadələrə görə mətbuat nümayəndələrindən üzr istəyib.

67 yaşlı mütəxəssis Brüsseldəki matçdan sonra keçirilən mətbuat konfransında azərbaycanlı jurnalistlər barədə xoşagəlməz sözlər işlədib: 

“Mən belə axmaq jurnalistlərə rast gəlməmişəm. Bu barədə heç nə bilmirlər, axmaq suallar verirlər və sadəcə axmaqdırlar. Bizim Bakıda Avstriya, İsveç və Belçika ilə oyunumuzu unudurlar. Onlar FIAT 500 ilə Ferrari komandasına qalib gələ bilməyəcəyinizi görməyə qadir deyillər”.

Qeyd edək ki, italyan mütəxəssis açıq şəkildə tərcüməçidən bunu tərcümə etməyi xahiş edib ki, belçikalı jurnalistlər başa düşsünlər.

writer photo
Əlirza Əlirzalı
0