AFFA-nın növbəti Konfransının gündəliyi açıqlanıb
01.04.2024 - 15:36
Aprelin 2-də keçiriləcək AFFA-nın növbəti Konfransının gündəliyi bəlli olub.
Apasport.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, saat 10:00-da “Bulvar Marriott Hotel”də start götürəcək toplantının gündəliyinə 6 məsələ daxildir.
Bunlar AFFA prezidenti tərəfindən iclasın açıq elan edilməsi, Konfransın tərkibinin yoxlanılması, AFFA-nın baş katibinin hesabat xarakterli məruzəsi, maliyyə hesabatları, müstəqil auditorun hesabatı və AFFA prezidenti vəzifəsinə, həmçinin İcraiyyə Komitəsinə seçkilərin keçirilməsidir.
0
0