AFFA rəsmisi FİFA-nın sammitində iştirak edib
04.04.2024 - 17:25
AFFA rəsmisi FİFA-nın sammitində iştirak edib

Sinqapurda FİFA-nın "İntegrity Summit”i keçirilir.

Apasport.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

Quruma üzv olan 211 federasiyanın iştirakı ilə keçirilən tədbirdə UEFA-nın oyunların toxunulmazlığı üzrə məsul nümayəndəsi, AFFA rəsmisi Seymur Səlimli də iştirak edir. Sammitin məqsədi oyunların toxunulmazlığı üzrə məsul şəxslərə qlobal toxunulmazlıq tendensiyaları haqqında yeni məlumatlar vermək, ən yaxşı təcrübələri bölüşməkdir.

Tədbirin vəzifələri arasında FİFA-nın yeni toxunulmazlıq təlimatını və təlim xəritəsini təqdim etmək, qurumun İntizam Məcəlləsinə edilmiş düzəlişləri müzakirə etmək, həmçinin danışılmış oyunlarla əlaqəli assosiasiya və İdman Arbitraj Məhkəməsinin müvafiq qərarlarını tədqiq etməkdir.

Danışılmış oyunlarla mübarizəyə cəlb olunmuş FİFA, CAS və digər peşəkarların əsas məruzəçiləri məlumat mübadiləsinin möhkəmləndirilməsinə töhfə verəcəklər.

writer photo
Əlirza Əlirzalı
0