İsmail Kartaldan Çağlar Söyüncü açıqlaması
25.01.2024 - 21:22
İsmail Kartaldan Çağlar Söyüncü açıqlaması

"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal Super Liqada səfərdə "Başakşehir"i 1:0 hesabı ilə məğlub etdikləri matçdan sonra açıqlama verib.

Apasport.az xəbər verir ki, İsmail Kartal jurnalistlərin Çağlar Söyüncü ilə bağlı sualını cavablandırıb .

62 yaşlı mütəxəssis Çağlar Söyüncü transferi ilə bağlı hələ ki nəticə olmadığını bildirib: "Çağlar Söyüncü ilə bağlı heç bir inkişaf yoxdur. Hazırda heç bir fikrimiz yoxdur. Öz işimizlə məşğuluq". 

Qeyd edək ki, "Fənərbaxça"nın bir müddətdir təmasda olduğu Çağlar Söyüncü üçün "Beşiktaş"ın da addım atdığı iddia edilir.

writer photo
Əlirza Əlirzalı
0